Formula 1-in 2024-cü il üçün ən dəyərli komandaları açıqlanıb.

"Unikal" xəbər verir ki, siyahıya tarixində ən çox çempionluq qazanan İtaliya komandası “Ferrari” başçılıq edir. “Qırmızılar”ın 4 milyard 780 milyon ABŞ dolları dəyəri var. Səkkiz çempionluq əldə edən Almaniya təmilçisi “Mercedes” ikinci yerdə qərarlaşıb. Komandanın dəyəri 3 milyard 940 milyon dollardır. İlk “üçlüy”ü isə “Red Bull” (3,5 milyard dollar) tamamlayır. yarım.

Qeyd edək ki, “Ferrari” komandası ötən il 3 milyard 130 milyon dollarla birinci olmuşdu.