İsrailin baş naziri Benyamin Netanyahu Suriyadakı hadisələri və Livanda "Hizbullah" ilə 13 aydan çox davam edən döyüşlərə son qoyan atəşkəs rejimini müzakirə etmək üçün yaxın vaxtlarda xüsusi təhlükəsizlik toplantısı keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə İsrail mediası yazıb.
İclasda kimin iştirak edəcəyi bəlli deyil. Müzakirə mövzuları Livanda atəşkəs rejiminə əməl olunması, həmçinin Müxalif qüvvələrin Hələb şəhərinə hücumudur.