Gürcüstanın Batumi şəhərində də etiraz aksiyaları başlayıb. 

"Unikal" xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin (KM) binasının yerləşdiyi Batumi şəhərinin sakinlərinə müraciət edərək, onları quruma təzyiq göstərməyə çağırıb.

O əlavə edib ki, Konstitusiya Məhkəməsi respublika parlamentinə keçirilən son seçkilərin nəticələrinin saxtalaşdırılmış kimi tanınması tələb edilən iddiaya baxılması üçün iclasın vaxtını hələ təyin etməyib.