ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminə qədər atəşkəs razılaşması əldə olunmasa və girovların geri qaytarılmaması halında Qəzza zolağında onların saxlanmasına görə məsuliyyət daşıyanları “əsl cəhənnəm”lə hədələyib.

"Unikal" xəbər verir ki, Tramp bu barədə "Truth" sosial şəbəkəsində yazıb. 

“Hər kəs Yaxın Şərqdə bütün dünyanın istəklərinə zidd olaraq bu qədər qəddar və qeyri-insani şəkildə saxlanılan girovlardan danışır. Amma bu, sadəcə söhbətdir, hərəkətlə dəstəklənməyib. Əgər girovlar 2025-ci il yanvarın 20-nə qədər, yəni qürurla Birləşmiş Ştatların prezidenti vəzifəsinə gəldiyim günə kimi azad edilməsələr, regionda cəhənnəm yaranacaq və bəşəriyyətə qarşı bu cinayətə görə məsuliyyət daşıyanlar bunun bədəlini ödəyəcəklər", - deyə Tramp qeyd edib.

Tramp əlavə edib ki, bu cinayətə görə məsuliyyət daşıyanlara ABŞ tarixində ən güclü zərbə vurulacaq.

Yazı “Girovları indi azad edin!” sözləri ilə bitir.