Cənubi Koreya prezidenti Yun Sok-Yol çıxış edərək parlamentin hərbi vəziyyətin ləğvi ilə bağlı qərarını qəbul etdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabinetinin iclası çağırılacaq. O əlavə edib ki, hərbi vəziyyətin tətbiqi üçün göndərilən qoşunlar geri çəkilib.