Tbilisidə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları müxalif "Axali" partiyasının üzvü, yunan-Roma güləşi üzrə ikiqat dünya çempionu, bürünc mükafatçı Zurab Datunaşvilini saxlayıblar.

"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, Datunaşvili mitinqin keçirildiyi parlament binasının yaxınlığında yerləşən Azadlıq meydanında yerləşən hoteldə keçirilən görüşdə iştirak edib. O, çölə çıxanda hotelin qarşısında qarşıdurma olub, nəticədə polis onu həbs etməyə məcbur olub.

Bu gün Gürcüstanda daha bir müxalif siyasətçi, ölkə parlamentinin keçmiş deputatı Aleksandr Elisaşvili Tbilisidə davada iştirak etdiyi üçün saxlanılıb.