Bakıda qəzaya uğrayan minik avtomobili tıxaca səbəb olub.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtda avomobil sıxlığına səbəb olun növbəti yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında Nəsimi rayonu, Neftçilər prospektində baş verib. Qəza səbəbindən 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Yol polisi tərəfindən qısa müddət ərzində avtomobillərin sərbəst hərəkəti bərpa olunub.