Türkiyənin tanınmış aktrisası Dəniz Çakır Ahmet Mümtaz Taylanın təqdimatında NTV-də yayımlanan "Empati" verilişinə qonaq olub.

"Unikal" xəbər verir ki, bir çox uğurlu layihələrdə rol alan məşhur ad bir dövrə damğasını vuran "Yaprak Dökümü" serialında canlandırdığı "Ferhunde" obrazı ilə bağlı etiraflar edib. 

Aparıcının "Yaprak Dökümü" serialı ilə bağlı sualını cavablandıran Deniz Çakır "Ferhundeni çox sevdiyimi yeni anladım" deyib:

"Onun üçün nə qədər darıxdığımı, yaşadığım qadınlar arasında nə qədər dəyərli olduğunu anladım. O zaman 20 yaşım var idi. Onu anlamağa çalışarkən evlilik və qadınlıq haqqında çox şey öyrəndim.  "Ferhunde"dən sonra "mən aktrisayam" dedim", -  aktrisa ifadə edib. 

"Yaprak Dökümü" serialının ssenaristləri Ece Yörenç və Melek Gençoğlu haqqında Çakır, "Çox gözəl yazmışdılar. Hər detaldan yeni bir hekayə yaradardılar. Sona qədər çox zövq aldım" - deyib. 

"Ailəniz və yaxınlarınız üçün arzularınızı təxirə saldınızmı?" sualına isə aktrisa  "Ola bilər ki, uşaqlığımı təxirə salmışam. Ailəmə görə çox tez böyüməli oldum. Xoşbəxt uşaqlıq xatirələrim yoxdur, onların arasında balans tapmağa çalışırdım", - cavabını verib. 

Xatırladaq ki, Deniz Çakır 2023-cü ildə iş adamı Bilgehan Baykalla ailə həyatı qurub. 

Gülayə Mecid