Bakının bir sıra yollarında tıxac yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

 6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 7. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

 8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 9. Heydər Əliyev prospekti kənar yol, "Koroğlu" metro stansiyası istiqamətində;

 10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 11. Babək prospekti, mərkəz istiqamətində;

 12. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

 13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 15. Mikaylı Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

 17. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

 18. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 19. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 20. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

 21. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində;

 22. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

 23. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 24. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 25. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.