Suriyalı silahlı müxaliflər ölkənin cənubundakı Dəra şəhərini nəzarətə götürüblər. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Suriya ordusu rəsmilərinin paytaxt Dəməşqə təhlükəsiz keçidinə icazə verən razılaşmanın bir hissəsi olaraq qoşunların Dəradan çıxarılmasına razılıq verdiyini bildirib.

Ordunun baş komandanı da öz növbəsində ölkənin cənubundakı Dəra və Suveyda şəhərlərində fəaliyyət göstərən əsgərlərin yenidən təşkil olunaraq müdafiə zonası yaratdığı barədə məlumat verib.

Qeyd edək ki,  2011-ci ildə Suriya prezidenti Bəşər Əsədə qarşı qiyam məhz Dəra şəhərində başlayıb. 

Ağarza Elçinoğlu