Xalq artisti Aygün Kazımovanın 1,5 milyon izləyicisi olan "Instagram" səhifəsinin oğurlandığı iddia edilir.

"Unikal" xəbər verir ki, sənətçinin səhifəsində paylaşılan fotolar müzakirələrə səbəb olub.

Paylaşıma yazılan rəylərdə onun səhifəsinin oğurlandığı bildirilib.

Xatırladaq ki, bu ilin yanvar ayında da oxşar hadisə baş vermişdi. Səhifəni ələ keçirənlər müğənnini şantaj edib, ondan 10 min avro pul istəmişdilər.