Suriya prezidenti Bəşər Əsəd ölkəsindədir və heç bir gizli səfər üçün oranı tərk etməyib.

"Unikal" xəbər verir ki, bu barədə Əsədin ofisi məlumat yayıb. 

Ofisdən bildirilib ki, bəzi xarici KİV Əsədin Dəməşqdən getməsi və ya bu və ya digər ölkəyə qısa səfərləri ilə bağlı şayiələr yayır: "Suriya Ərəb Respublikasının Ofisi təsdiq edir ki, prezident öz işini, milli və konstitusiya vəzifələrini paytaxt Dəməşqdən yerinə yetirməkdə davam edir".

Xatırladaq ki, dünən Əsədə yaxın Sana TV prezidentin danışıqlar üçün İrana getdiyini təsdiqləmişdi. 

Bu gün isə silahlı müxalif qüvvələr artıq paytaxta daxil olmağa başlayıblar. 

Ağarza Elçinoğlu