Suriya Milli Ordusu (Azad Suriya Ordusu) PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” telekanalı yayıb. Telekanal bununla bağlı məlumatında qeyd edib: “Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad edib”.

Məlumata görə, ordu Mənbicin 80 faizinə nəzarəti ələ alıb. Mənbələr Ordunun Mənbicin mərkəzinə daxil olduğunu açıqlayıb.