Sumqayıtda bir nəfərin 20 min dolları dələduzluqla ələ keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir nəfərin 20 000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı B.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.