İstanbulun Fatih səmtində ötən gün axşam saatlarında 3 mərtəbəli bina çöküb.
"Unikal" xəbər verir ki, hadisə yerinə aidiyyatı qurumlar sövq edilib. Sahibsiz binanın yanındakı iki və onunla üzbəüz yerləşən bir bina ehtiyat tədbiri olaraq təxliyyə edilib.
Məlum olub ki, çökmə baş verən 3 mərtəbəli bina Athena Gökhan kimi tanınan müğənni Gökhan Özoğuza məxsusdur.
Binadan götürülən nümunələr araşdırıldıqdan sonra onun sökülüb-sökülməyəcəyinə qərar veriləcəyi bildirilib.