Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu ildə futbol üzrə dünya çempionatının keçiriləcəyi yerləri açıqlayıb.
"Unikal" xəbər verir ki, dünya çempionatı Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək. Daha üç oyun Cənubi Amerikada - Uruqvay, Paraqvay və Argentinada baş tutacaq. Turnirin açılış matçına ev sahibliyi etmək hüququ Uruqvaya verilib və ölkə millisi orada çıxış edəcək. Argentina və Paraqvay milliləri qrup mərhələsinin ilk oyunlarını öz stadionlarında keçirəcək.
2034-cü ildə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək. İqlim şəraitinə görə dünya çempionatı 2022-ci ildə dekabrda Qətərdə keçirilən dünya çempionatı kimi qışda keçiriləcək.
Dünya çempionatının hazırkı qalibi final oyununda Fransa millisini penaltilər seriyasında məğlub edən Argentina millisidir.