Dekabrın 16-sı Mingəçevir şəhəri ərazisində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənlinin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan "Unikal"a bildirilib ki, araşdırmalarla 1990-cı il təvəllüdlü Elvin Rüstəmovun dekabrın 15-i şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Elvin Rüstəmov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
08:56
Mingəçevirdə bıçaqlanan 26 yaşlı gənc dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, mübahisə zəmnində 34 yaşlı Elvin Rüstəmov tərəfindən bıçaqlanaraq ağır xəsarətlə xəstəxanaya çatdırılan 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli gecə saatlarında xəstəxanada ölüb.
Həkimlərin cəhdlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***00:55
Dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
*** 22:40
Mingəçevirdə 26 yaşlı gənc bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Tərəvəzçilik yaşayış massivi ərazisində baş verib.
1998-ci il təvəllüdlü Həsənli Bəxtiyar Füzuli oğlu qarın nayihəsindəm aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Onun hansı şəraitdə bu şəkildə yaralandığı hələ ki tam məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov