"Yalı çapkını" serialının finalı ilə bağlı qərar verilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinin 100-cü bölümdə izləyicilərlə vidalaşacağı bildirilib. Lakin reytinqlərdə geriləmə davam edərsə, finalın daha tez ola biləcəyi də istisna edilməyib.

Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır.