Bir sıra ölkələrin regionda nüfuzunu artırmaq üçün apardığı mübarizə fonunda Suriyada “yeni münaqişə” başlaya bilər.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" qəzeti yazır.

"Xarici güclər yeni münaqişə yaratmaq riski ilə Suriyaya nəzarət etmək üçün mübarizə aparırlar", - deyə nəşr bildirib.

Dəməşqin süqutundan və Suriyanın keçmiş prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra üç xarici güc öz strateji maraqlarını həyata keçirmək üçün ölkədəki hədəflərə hücum edib. Söhbət ABŞ, Türkiyə və İsraildən gedir.

WP yazır ki, Suriyada Əsəd rejiminin süqutu “Yaxın Şərqin ürəyi” üzərində nəzarət uğrunda mübarizə üçün əsas oldu. Materialda qeyd edilir ki, güclər arasında yaranan rəqabət “sülh və sabitliyi qeyri-müəyyən müddətə gecikdirə bilər”.

Gülayə Mecid