"Makron" serialının ulduzu Olqa MedIniç ailəsi ilə birlikdə Rusiyanı tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə aktrisa Mariya Qorban sosial şəbəkə hesabında məlumat verib. Aktrisa həmkarı ilə Şri-Lankada görüşdüyünü, onu ad günü münasibətilə təbrik etdiyini və evinə apardığını bildirib.

Medıniç əri, aktyor Camal Tetruaşvili və oğlu Dmitri ilə adaya uçub. Onun ölkədən gedişinin siyasi hadisələrlə bağlı olub-olmadığı açıqlanmayıb. 

Xatırladaq ki, Qorban dekabrın əvvəlində Rusiyada təqiblərə məruz qaldığı üçün Şri-Lankaya köçüb.