ABŞ Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanıb ki, Şimali Koreyanın 11 fiziki şəxsinə qarşı sanksiya tətbiq edilib. O cümlədən Rusiya və Şimali Koreyadan olan 8 kompaniya da siyahıya salınıb.