Azərbaycan Basketbol Liqasının VII turunda "Sumqayıt" öz meydanında "Lənkəran"ı məğlub edib.
"Unikal" xəbər verir ki, B qrupunda gerəkləşən oyunda ev sahibləri 108:99 hesabı ilə qalib gəliblər.
Bu nəticədən sonra hər iki komandanın xallarının sayı 9-a çatıb.
Qeyd edək ki, hazırda A qrupunda yer alan NTD və "Naxçıvan" kollektivləri qarşılaşır. Günün son matçında isə "Sabah" "Neftçi" ilə üz-üzə gələcək. Turun digər oyunları dekabrın 18-də keçiriləcək.