“Sığınacaq” serialı üçüncü və dördüncü mövsümü də çəkiləcək.
"Unikal" xəbər verir ki, bu barədə ekran işinin baş rol aktrisası Rebekka Ferqyuson "Pilot TV" podkastında danışıb.
Ferqyuson mövsümlərin biir-birinin ardınca çəkiləcəyini bildirib.
Qeyd edək ki, "Sığınacaq" serialı 2023-cü ilin mayında "Apple TV" paltformasında yayımlanıb. Ekran işi yeraltı sığınacaqda yaşayan son 10 min insandan bəhs edir. Onların heç biri sığınacaqların nə vaxt və nə üçün tikildiyini bilmir və bunu öyrənməyə çalışanlar ölümcül nəticələrlə üzləşirlər.