Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib
Polisə müraciət edən zərərçəkmiş dekabrın 16-da evindən 10.000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.