Hər kəsin "Terminator" kimi tanıdığı əfsanəvi Amerika aktyoru Arnold Şvartsenegger çəkilişlərə qayıdıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə “Çantalı adam” Netflix serialında "Şaxta baba" rolunu sınayıb.

Kaliforniyanın 38-ci qubernatoru şəxsi "Instagram" səhifəsində emosiyalarını paylaşıb:

""Şaxta baba" şəhərə gəlir! Alan Riçsonla fantastik çəkilişlər. Nyu-York işləmək üçün əla yerdir və mən bu bayram şənliyini hər kəslə bölüşmək üçün səbirsizlənirəm". 

Maraqlıdır ki, rol üçün 77 yaşlı aktyor imicini dəyişməli olub. Belə  ki, o, saç və saqqalı uzadıb və ağ rəngə boyayıb.