53 vətəndaşa qarşı dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə növbəti məhkəmə proses keçirilib.

"Unikal"ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bəzi şəxslərin əlavə şahid qismində dindirilməsi istənilib. Bildirib ki, bir qrup şəxsin adından pullar başqa hesaba köçürülüb. 

Təqsirləndirilən şəxsin vəkili Mirdamət Qədirli qeyd edib ki, həmin şəxslərin dindirilməsi istəyir.

Dövlət ittihamçısı Fariz Rzayev bildirib ki, müraciətdə qeyd olunan şəxslərin faktiki araşdırılan cinayət işinə heç bir adiyyatı yoxdur. Dövlət ittihamçısı həmin şəxslərlə bağlı işin araşdırılması üçün istintaq orqanına göndərilməsini istəyib. 

Yerində müşavirə keçirən hakimlər qərar qəbul edib. Vəkilin vəsatəti təmin olunub və mudafiəçinin qeyd etdiyi şahidlərin dindirilməsi barədə qərar qəbul edilib.

Hakim deyib ki, təqsirləndirilən şəxsin həyat yoldaşı Leyla Babazadə tərəfindən müxtəlif şəxslərin adlarına böyük məbləğlərdə pul köçürüb. Hakim əlavə edib ki, Leyla Babazadə 32 simkartdan istifadə edir, milyonlarla vəsait dövriyyə olunur, həmin pullardan sonda gedir Çin  Respublikasının Honkonq şəhərinə gedir. 

Hakim bildirib ki, Leyla Babazadə hər iclasda iştirak etməlidir, çünki onunla bağlı araşdırma aparılır. Təqsirləndirilən şəxs isə bildirib ki, bu işdə Leyla Babazadənin heç günahı yoxdur: "Bu işdə mənim günahım var. Mən də cəzamı çəkirəm".

Amma hakim deyib ki, Leyla Babazadənin adı konkret işlərdə keçir. Onun sözlərinə görə, hərə öz işinə cavabdeh olmalıdır. 

Cinayət işində olan sənədlər görə, polis əməkdaşları tərəfindən bank kartı götürülüb, həmin kartda 50 min pul olub. Hakim bununla bağlı soruşub. Təqsirləndirilən şəxs bu məsələni yadına sala bilməyib. 

Hakim deyib ki, Leyla Babazadə də, Orxan Babazadə də, Mariya və digər şəxslə yazışmaları olub. Hakim bu yazışmaların nədən ibarət olduğunu təqsirləndirilən şəxsdən soruşub. 

Təqsirləndirilən şəxs bildirib ki, müştərilərlə bağlı çətinliklər olduğu halda həmin şəxslərlə  yazışmaları olub. 

Hakim bildirib ki, təqsirləndirilən şəxs hesablardan çox sayda pullar çıxarılıb: "Mən bunları bir-bir açıqlayacam. Yazırsan ki, 50 min manata mebel almısan? Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm. Sən hardan əldə edibsən bu qədər pulu?".
Təqsirləndirilən şəxs deyib ki, 45-50 min manata mebeli ofis üçün alıb. 

Növbəti proses dekabrın 25-də davam edəcək. 

İstintaq sənədlərdən məlum olub ki, zərərçəkmişlər "İnstapower"ə müəyyən pullar yatırsalar da heç bir məbləğ geri qayıtmayıb.

Qeyd edək ki, cinayət işi üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 256 min manatdan artıqdır. Bundan başqa həmin şəxslərin adından 4 milyon manat pul dövr edilib. Milyonlarla vəsait Çində olan şirkətin hesabına köçürülüb və vəsait leqallaşırılıb.
Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli