Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Əşrəfli Əşrəf Əliağa oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, təhsil eksperti kimi tanınan Əşrəf Əşrəfli 4 nəfərə qarşı dələduzluqda ittiham olunur. İlk olaraq təqsirləndirilən və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs Əşrəf Əşrəfli cinayət işini ibtidai istintaqa qaytarılmasını istəyib. Həmçinin Nəsib Həsənova 900 manat ziyan vurulub və cəlbetmə müddəti keçdiyi üçün həmin epizoda xitam verilməsini istəyib. Özünü isə heç bir epizod da təqsirli bilməyib. 

Hakimlər müşavirədən qayıtdıqdan sonra məhkəmə prosesini dekabr ayının 26- na kimi təxirə salınıb. 

İttiham aktına görə, Əşrəf Əşrəfli, Soner Kuçker adlı vətəndaşdan 34 min manat alıb ki, onu Tibb Universitetinə tələbə kimi qəbul edəcək. Digər zərərçəkən Səbinə Abdullayeva isə övladını İspaniyada universitetə qəbul etdirmək üçün Əşrəf Əşrəfliyə 5100 manat pul verib. Səbinə Abdullayeva çıxış edərək bildirdi ki, Əşrəf orta ixtisas təhsili ilə 2 diplomlu müəlliməni aldatdı, naxçıvanlı olmaqla deyil. 

Xatırladaq ki, Əşrəf Əşrəfli bundan qabaqda Yasamal rayonu ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 12 nəfərin 35 min manat pulunu ələ keçirib.

Belə ki, o, yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı “set.az”, “ashrafli.az”, “xaricde.com” saytları və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “Ş.Group”, “AConsalting.az”, “Press.Legal”, “İHA.AZ”, “SET” xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim edib.

Seymur Əli