Rusiya prezidenti Vladimir Putin Rusiyanın Qərbə qaz tədarükünü davam etdirməyə hazır olduğunu təsdiqləyib.

"Unikal" xəbər verir ki,  bu barədə  Slovakiyanın baş naziri Robert Fitso "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

Dekabrın 22-də Kremldə Rusiya prezidenti Vladimir Putinlə Fitso arasında danışıqlar olub. Bu, Rusiya lideri ilə Fitso arasında 2016-cı ildən bəri ilk şəxsi görüşdür.

Bundan əvvəl Putin bildirib ki, Ukrayna Rusiya qazını avropalı istehlakçılara tədarükünü dayandırıb. Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Rusiya qazının tranzitini uzatmaq fikrində olmadığını bildirib.

Fitso bildirib ki, Moskvaya səfəri Zelenskinin Ukrayna ərazisindən istənilən qaz tranzitinin əleyhinə olduğu bəyanatına reaksiyadır.

Gülayə Mecid