NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenskinin Almaniya kansleri Olaf Şoltsu kəskin tənqid etməsini əsassız sayıb.

"Unikal" xəbər verir ki, onun sözlərini "Reuters" agentliyi sitat gətirib. 

Materialda qeyd olunur ki, Şoltsun Rusiya prezidenti Vladimir Putinlə noyabrda telefon danışığından sonra Zelenski onu tənqid edib. 

"Mən tez-tez Zelenskiyə deyirdim ki, Olaf Şoltsun tənqidini dayandırmalıdır, çünki bu, ədalətsizlikdir", - Rutte ifadə edib. 

Qeyd olunur ki, Şoltsn Ukraynaya Taurus raketlərinin verilməsi məsələsində mövqeyi Kiyevdə məyusluq  yaradır. Bundan əvvəl Şolts bəyan etmişdi ki, Almaniya hakimiyyəti Ukraynaya Almaniyanın təhlükəsizliyinə zərər vurmaqla kömək etməyəcək.

Gülayə Mecid