ABŞ Konqresinin Etika Komitəsi Donald Trampın Ədliyyə Departamentinin və Baş Prokurorluğun rəhbəri vəzifəsinə namizədliyini irəli sürdüyü keçmiş konqresmen Mett Gaetzi xidməti zamanı bir sıra cinayətlərdə və narkotik vasitələrdən istifadə etməkdə təqsirli bilib.

"Unikal" xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Komitə Gaetzin narkotikdən istifadəsini, qeyri-qanuni hədiyyələri və digər davranış standartlarını pozduğuna dair əsaslı sübutlar olduğu bildirib. 

Siyasətçi noyabr ayında Trampın baş prokurorluğa namizədliyini irəli sürmək planlarını açıqladıqdan sonra Konqresdən istefa verib. Lakin o, bəzi respublikaçıların müqaviməti ilə üzləşdikdən sonra həftələr sonra namizədliyini geri götürüb.  

Mett Gaetz barəsində yayılan xəbərləri rədd edib və bütün ittihamları siyasi düşmənlərinin uydurduğu böhtan adlandırıb.  Lakin o, and içərək ifadə verməkdən də imtina edib.

Gülayə Mecid