Milli Məclisin deputatı Bədəl Bədəlov Goranboy rayonunun Yolqulular kəndindən olan şəhid Qəhrəman Qürbət oğlu Məmmədovun ailəsini ziyarət edib.
"Unikal" xəbər verir ki, söhbət zamanı adları tarixə qızıl hərflərlə yazılmış şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu bildirilib. Vətən müharibəsində qazanılan tarixi Qələbənin məhz şəhidlərin qanı-canı bahasına əldə edildiyi vurğulanıb. Həmçinin, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.
Daha sonra millət vəkili Bədəl Bədəlov Goranboy rayonunun Xoylu kəndindən olan şəhid Elgün Fuad oğlu Xıdırovun anası Xumar Kazımovanın yas mərasimində iştirak edib.