Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Unikal" xəbər verir ki, fərmana əsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.

Ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fondunun sahibkarlıq subyektlərinə verdiyi güzəştli kreditlər üzrə 189 751 707 manat məbləğində qalıq aktivlər Fondun nizamnamə fondundan silinib və tələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinə transfer edilib.