"Atv" kanalında yayımlanan "Holding" serialı erkən final qərarı alıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 4-cü bölümdə yayımdan qaldırılacaq.
Buna səbəb isə, reytinqlərdə istənilən nəticəni verməməsi olub.
Qeyd edək ki, serialın baş rollarını Erdal Özyağcılar, Tuğba Sunguroğlu, Caner Topçu və Mustafa Üstündağ kimi aktyorlar paylaşır.