Rusiyada "WhatsApp"ın bağlanma ehtimalı yüksək olaraq qalır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov deyib. Deputat bildirib ki, “xidmət yalnız Rusiya Federasiyasının qanunvericiliyinə əməl etməyə davam edərsə, bu cür sanksiyaların qarşısını ala bilər”.
""WhatsApp"ın bizim hüquq-mühafizə orqanları ilə əlaqəsi yoxdur. Onlar mütəmadi olaraq ekstremist xarakterli söhbətlər qurur və insanları işə cəlb edirlər. Ona görə də bununla bağlı nəsə etmək lazımdır", - deyə Svintsov bildirib.