Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində batan şəxs 14 yaşlı yeniyetmə Kərimova Saray Sərvan qızıdır. 

"Unikal" xəbər verir ki, məlumata görə, 8-ci sinif şagirdi olan qız dərsə getmək adı ilə evdən çıxıb, sonradan isə onun Kür çayında batdığı bildirilib. Yaxınları onun çantasını Kür çayı sahilində tapıblar. Hazırda FHN-nin dalğıc qrupu axtarışlar aparır.

*** 13:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.