ABŞ-nin keçmiş prezidenti Bill Klinton xəstəxanadan buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə onun köməkçisi Anxel Urenya "X" sosial şəbəkəsində məlumat verib.

Bir gün əvvəl Klinton yüksək hərarət səbəbindən Vaşinqtonda xəstəxanaya yerləşdirilmişdi.

Köməkçi bildirib ki, eks-prezident hazırda müayinədədir.