Rusiya prezidenti Vladimir Putinin Tacikistan lideri Emoməli Rəhmonla görüşü başlayıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, liderlərin siyasi, ticarət-iqtisadi, hərbi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcəyi gözlənilir. Cari regional problemlərə, o cümlədən Əfqanıstandakı vəziyyətə xüsusi diqqət yetiriləcək.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, “miqrasiya sahəsində çətin məsələlər müzakirə olunacaq”. Prezidentlər Müstəqil Dövlətlər Birliyində (2024-cü ildə təşkilata Rusiya sədrlik edirdi, 2025-ci ildə isə bu vəzifə Tacikistana keçəcək) birgə fəaliyyətə də baxacaqlar.
Danışıqlar İqora kurortunda aparılır.