Türkiyədə 2025-ci il üçün minimum əmək haqqı 22 min 104 lirə (təxminən 1066 manat) olaraq təyin olunub. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan açıqlayıb.

Minimum əməkhaqqının artımı 30 faiz təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Türkiyədə minimum əməkhaqqı 17 min 02 lirə təşkil edirdi.