Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev təyyarənin qəzaya uğraması ilə bağlı Astanada keçirdiyi brifinqdə bildirib.
“İki qara qutu aşkar edilib, onlar aviaqəzaların təhqiqatı şöbəsinə veriləcək və daha sonra onlara baxış keçiriləcək”, - o deyib.