Cümə günü axşam Sənada (Yəmənin paytaxtı) yeni hava zərbələri nəticəsində güclü partlayış səsləri eşidilib.
"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Belə ki, İsrail qırıcıları Səna hava limanına, Səna və Hodeyda elektrik stansiyalarına və Yəmənin qərbindəki limanlara zərbələr endirib, son məlumatlara görə, 6 nəfər ölüb, 40 nəfər yaralanıb.
Hücuma cavab olaraq, dekabrın 27-də Husi qüvvələri İsrailin Ben Qurion hava limanına raket zərbəsi endiriblər.