Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Aktauda baş vermiş təyyarə qəzası nəticəsində zərər çəkmiş bütün dövlətlərin nümayəndələrinin dəvəti ilə müstəqil təhqiqatın aparılmasını tələb edir.

"Unikal" xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın rəsmi saytında aqeyd olunub. 

ICAO beynəlxalq təhqiqat qrupunun tərkibində müşahidəçi qismində Aktauda işləmək üçün ekspert təyin etməklə istintaqa dəstək verməyə hazır olduğunu bildirib: "Müstəntiqlər qəza ilə bağlı bütün müvafiq məlumatları müəyyən etməyə və bu faciəyə səbəb ola biləcək hər hansı potensial təhlükəsizlik amillərini bildirməyə yönəldilib. Onlara həmçinin tapıntılardan irəli gələn müvafiq təhlükəsizlik təkmilləşdirmələrini tövsiyə etmək tapşırılıb". 

Ağarza Elçinoğlu