Təyyarənin qəzaya uğradığı yerə ilk gələnlərdən biri olan Aktau hərbçisi insanları xilas etməsindən danışıb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.
Qazaxıstan Hərbi Hava Qüvvələrinin aviabazasının hərbi qulluqçusu olan Nurlan Botaqarin hadisə baş verən gün növbətçi olub. O, təyyarənin qəzaya uğradığını görən kimi dərhal həmin istiqamətə qaçıb: "Təyyarənin qəribə uçduğunu görüb nəsə problem olduğunu anladım. Qəza baş verəndə dərhal maşına əyləşdim və təyyarəyə tərəf istiqamət aldım. Əvvəlcə düşündüm ki, bu, təxminən 10 nəfərin olduğu kiçik bir təyyarə ola bilər. Amma qabağıma ağ paltarlı bir qız çıxdı, birdən təyyarənin kupesində qapını açdım və bir adamın çıxdığını gördüm. İnsanları çıxarmaq üçün hava limanı əməkdaşlarının, xilasedicilərin və təcili yardımın gəldiyini gördüm. Onlar yanğını söndürməyə başlamışdılar. Məndən asılı olan hər şeyi etdiyimə inanıram".
Hərbçinin fikrincə, belə vəziyyətdə insanlara kömək etmək təkcə hərbçi deyil, həm də vətəndaşlıq borcudur.
Ağarza Elçinoğlu