Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, Volodimir Zelenski dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.
Dövlətimizin başçısı göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
***17:25
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan lideri İlham Əliyevlə telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün "X" səhifəsində yazıb.
Bildirilir ki, telefon danışığı zamanı tərəflər Qazaxıstanda AZAL sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı insidenti müzakirə ediblər.
"Azərbaycan Hava Yollarının J2-8243 reysi ilə uçan təyyarənin dəhşətli qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdim, ona və Azərbaycan xalqına başsağlığı verdi. Pilotların və təyyarənin bütün heyətinin qəhrəmanlığını qeyd etdik. İndi əsas prioritet əslində nə baş verdiyinə dair bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır", - məlumatda qeyd olunub.
Ukrayna lideri bildirib ki, hadisəyə görə Rusiya tərəfi aydın izahat verməlidir.
Gülayə Mecid
I spoke to @presidentaz Ilham Aliyev and expressed condolences to him and the people of Azerbaijan regarding the tragic crash of flight J2-8243 of Azerbaijan Airlines. We acknowledged the heroism of the pilots and the entire crew of the aircraft.
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) December 28, 2024
The key priority now is a… pic.twitter.com/s4DAgXdEaK