Goranboyda qəza nəticəsində yaralananların adları açıqlanıb. 

"Unikal" xəbər verir ki, xəsarət alanlar  2007-ci il təvəllüdlü H.Əkbərov, 2007-ci il təvəllüdlü S.Huseynov, 2007-ci il təvəllüdlü T.Cəfərov,1991-ci il təvəllüdlü C.Cəfərov, 2002-il təvəllüdlü E.Abduləzimov və 2003-cü il təvəllüdlü Ü.Bəxşəliyevdir.

Qeyd edək ki qəza Goranboy Tərtər yolunun rayonun Balakürd kəndi  ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəktdə olan "VAZ 21099" ilə "VAZ 21011"  markalı minik maşınları toqquşub.

*** 20:42

Goranboyda qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Balakürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov