Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov və Səhiyyə komitəsinin üzv deputatları Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, AnatoliyRafailov, Günay Əfəndiyeva, Pərvanə Vəliyeva, İlham Məmmədov “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib.
"Unikal" xəbər verir ki, deputatlar müalicə almaq üçün Bakıya gətirilən və “Yeni Klinika”yayerləşdirilənyaralılar üçün yaradılan şərait və onların səhhəti ilə maraqlanıb. Deputatlara məlumat verilib ki, yaralılara zəruri tibbi yardımın göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb, yüksək səviyyəli müayinə-müalicə prosesi həyata keçirilir. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirənlərə dərin hüznlə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyib.Xəsarət alanlara tezliklə şəfa tapmasını və doğmalarına qovuşmasını arzulayıb.