Rusiya, Azərbaycan və təyyarəni istehsal edən Braziliyanın mütəxəssisləri Qazaxıstana Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin qara qutularını deşifrə etməyə kömək edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Rusiya Federasiyası və Qazaxıstan prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev bu barədə razılığa gəliblər.
Baş verənlərin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerində tapılan registratorların deşifrəsinə Rusiya, Azərbaycan və Braziliyadan olan mütəxəssisləri cəlb edəcək. Tərəflər Qazaxıstan ərazisində aparılan bu işin obyektiv və şəffaf olacağına ümidvar olduqlarını bildiriblər.