Xəbər verdiyimiz kimi, “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının nəşi Aktaudan Bakıya gətirilib.

"Unikal" xəbər verir ki, gətirilən 24 cənazədən 3-ü ekipaj üzvlərinə, 21-i isə sərnişinlərə aiddir.

Təyyarə qəzasında həlak olanların nəşi cənazə maşınlarına qoyulub.