Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Orbeliani sarayını tərk edib.
"Unikal" xəbər verir ki, Zurabişvili mətbuat qarşısında çıxışından sonra iqamətgahın qarşısına toplanmış etirazçıların yanına keçib.
***11:34
Gürcüstan prezidenti Salome Zurabişvili yeni dövlət başçısı Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra Tbilisidəki prezident sarayını tərk edəcək, lakin o, prezident postunda qalmaq niyyətindədir.
"Unikal" xəbər verir ki , bu barədə dövlət başçısı brifinqdə bildirib.
“Mən buradan gedəcəm”, - Zurabişvili sarayın qarşısında toplaşan etirazçılara deyib. Dekabrın 29-da səhər saatlarında prezident Salome Zurabişvilinin postunu tərk etmək niyyətində olmadığı barədə bəyanatları fonunda iki minə yaxın insanın Tbilisinin mərkəzindəki prezident sarayına gəldiyi bildirilib.