Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili and içib.
"Unikal" xəbər verir ki, 53 yaşlı keçmiş futbolçu, “Xalqın gücü” hərəkatının üzvü olan Kavelaşvilinin inaqurasiya mərasimi Tbilisidə, parlament binasında baş tutub.
"Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında and içirəm ki, Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini müdafiə edəcəyəm, Prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyəm, təhlükəsizliyin və rifahın qayğısına qalacağam. ölkəmin vətəndaşlarının, xalqımın və Vətənin dirçəlişi və qüdrətidir", - Kavelaşvili bildirib.
Mərasimə Seçki Şurasının üzvləri, hökumətin, konstitusiya orqanlarının və pravoslav kilsəsinin nümayəndələri iştirak edib.
Kavelaşvili Gürcüstanın ilk qadın prezidenti Salome Zurabişvilini əvəz edib.
İnauqurasiya mərasimi parlament binası qarşısında etiraz aksiyası fonunda baş tutub. Toplananlar Kavelaşvilini legitim prezident kimi tanımır və ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.