Oslo hava limanında (Norveç) daha bir aviasiya hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "NL Times" nəşri məlumat yayıb.  

Oslodan Amsterdama uçan KLM Boeing 737 təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq səbəbindən Norveçin cənubunda məcburi eniş edib. Norveç polisinin məlumatına görə, təyyarə Torp Sandefjord hava limanına enib. Təyyarədə olan 182 nəfərin hamısı, o cümlədən ekipaj xəsarət almayıb.